Ronaldo və Messi yenə 1/8 finalda dayandılar –Çempionlar Liqası

Kriştiano Ronaldo və Lionel Messi Çempionlar Liqasında çıxışlarını erkən başa vurublar.

Azpost.info Qol.az-a istinadən xəbər verir ki, ötən il olduğu kimi, bu mövsümdə də hər iki futbolçunun komandası ÇL-in 1/8 finalında mübarizəni dayandırıblar. Ronaldonun komandası “Mançester Yunayted” “Atletiko”ya, Messinin klubu PSJ isə Madridin digər təmsilçisi “Real”a uduzub.

Ötən il eyni hallar bu iki futbolçu “Yuventus” və “Barselona”da oynayanda da baş vermişdi.

Bunadək isə son dəfə 2004/05 mövsümündə Ronaldo və Messinin komandaları 1/4 finala yüksələ bilməmişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ağdam və Şuşada vandalizmin şahidi olublar” –

Sonrakı məqalə

İlon Maskın təkbətək dava mesajına Kadırov cavab verdi-