Ronaldonun hərəkəti UEFA-nı qəzəbləndirdi –"Masadakı içki şüşələrinə toxunmayın!"

UEFA futbolçulardan rəsmi konfranslar zamanı sponsorların içki şüşələrinə toxunmamağı tələb edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, UEFA-nın tədbirlərin təşkili üzrə direktoru Martin Kallen müvafiq tələbin AVRO-2020 komandalarının məşqçi və futbolçu heyətlərinə çatdırıldığını bildirib.

O qeyd edib ki, sponsorların gəlirləri turnir və bütövlükdə Avropa futbolu üçün vacibdir.

Xatırladaq ki, Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu mətbuat konfransı zamanı masa üzərindəki “Coca Cola” şüşələrini kənara çəkib.

Daha sonra Fransa seçməsinin üzvü Pol Poqba və İtaliya yığmasının yarımmüdafiəçisi Manuel Lokatelli də buna bənzər hərəkətlər ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zelenski amerikalı jurnalistlərə atasının evində qonaqlıq verib

Sonrakı məqalə

Azərbaycan buğda idxalını artırıb –