“Roskosmos”un müşaviri həbs edildi –NATO-ya məlumat ötürürmüş

Rusiya Federal Kosmik Agentliyinin (“Roskosmos”) rəhbərinin informasiya siyasəti üzrə müşaviri İvan Safronov barəsində cinayət işi başlanılıb.

“Report”un məlumata görə, ona qarşı Cinayət Məcəlləsinin 275-ci (Dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə İvan Safronov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib və o, 20 il müddətinə həbs oluna bilər.

Qeyd olunub ki, Federal Təhlükəsizlik Xidməti onu NATO-ya məlumat ötürməkdə ittiham edir.

Kəşfiyyatın bildirdiyinə görə Safronov dövlət sirri olan (hərbi əməkdaşlıq, müdafiə və təhlükəsizlik məsələləri – Red) məlumatları toplayaraq Şimali Atlantika Alyansının nümayəndəsinə ötürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirusla bağlı müalicənin gedişatı xəstəliyin vəziyyətindən asılıdır –

Sonrakı məqalə

ABŞ-ın ÜST-dən çıxacağı tarix məlum oldu