“Rus qoşunları Xarkov istiqamətində uğur qazana biliblər”- ISW

Rusiya qoşunları Xarkov vilayətində – Liptsı istiqamətində və Volçansk bölgəsində iki hücum əməliyyatı nəticəsində taktiki uğur qazana biliblər.

Azpost.info xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib.

ISW ekspertləri hesab edirlər ki, Rusiya ordusunun bu bölgəyə hücumu Ukrayna qüvvələrini cəbhənin digər mühüm sektorlarından çıxarmaq üçün manevr, həmçinin Xarkova hücuma hazırlıq ola bilər.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, hücum zamanı rus qoşunları Xarkov vilayətinin Borisovka, Oqurtsovo, Pletenevka, Pılnaya və Streleçya yaşayış məntəqələrini ələ keçirə biliblər. Bu yaşayış məntəqələri sərhədə yaxın – Liptsı və Volçanska gedən yolda yerləşir. İndi Rusiya ordusu bu istiqamətdə fəal şəkildə irəliləməyə çalışır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yeni hücum zamanı Rusiyanın ələ keçirdiyi Xarkov vilayətinin ərazilərini “boz zona” adlandırır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.