“Rusiyanı dağıtmaq istəyirlər, hamısı kağızda yazılıb” - PUTİN

“Qərb Rusiyanı məhv etməyə çalışır”.

Azpost.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bunu “Rossiya-1” telekanalına müsahibəsində bildirib.

Putin bəyan edib ki, Qərbin bir məqsədi var – keçmiş Sovet İttifaqını və onun əsas hissəsi olan Rusiyanı dağıtmaq: “Sonra, bəlkə də, bizi necə deyərlər, sivil xalqlar ailəsinə qəbul edəcəklər. Amma ayrı-ayrılıqda, hər bir hissə ayrı şəkildə. Bu halda da rus xalqı bu gün mövcud olduğu formada mövcudluğunu dayandıracaq. Hansısa “moskvalılar”, “urallılar” və s. olacaq. Bu planlar kağız üzərində qurulub. Hər şey yazılıb. Hamısı bir kağız üzərində yazılıb…”.

Rusiya prezidenti NATO ölkələrini Kiyevə silah tədarük etməklə Ukraynadakı müharibədə iştirak etməkdə də ittiham edib.

Azpost.info

Əvvəlki məqalə

Serbiya Prezidenti Azərbaycana səfər edəcək

Sonrakı məqalə

“Azərtac”-ın sabiq əməkdaşı  Aygün Əliyeva intihara cəhd edib