Putin uşaqlara açıq dərs keçdi –“Rus xalqını məğlub etmək mümkün deyil”

“Rus xalqını məğlub etmək mümkün deyil”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

1 sentyabr Bilik Günü münasibətilə “Vacib məsələlər haqda söhbət” adlı açıq dərsdə çıxış edən Rusiya lideri bildirib ki, bu, Böyük Vətən Müharibəsi illərində belə olub və indi heç nə dəyişməyib.

“Babamın oğluna məktublarını oxuyanda anladım ki, Böyük Vətən Müharibəsində niyə qalib gəlmişik. Belə bir ruhla bu  xalqa qalib gəlmək mümkün deyil. Biz tamamilə yenilməz olmuşuq. İndi də beləyik”, – Putin bildirib.

O qeyd edib ki, ata-oğulun bu yazışmalarında hər iki tərəf bir-birinə “siz” deyə müraciət edib ki, bu da  rus xalqının böyük daxili mədəniyyətini təsdiqləyir.

Açıq dərsdə yüksək akademik nailiyyətləri olan, həmçinin beynəlxalq olimpiada və müsabiqələrin qalibləri olan 30 məktəbli iştirak edib.

Azpost.info

Əvvəlki məqalə

Şuşa məscidinə imam təyin edilib

Sonrakı məqalə

“Həkim nəzarətindəyəm…” –