Rusiya hüquq-mühafizə orqanları 34 yaşlı azərbaycanlını beynəlxalq axtarışa verilib.
Bu barədə “İnterpol”un saytında məlumat yerləşdirilib.
Qeyd olunub ki, 1986-cı ildə Mingəçevir şəhərində anadan olan Samir Babayev terror təşkilatının faəliyyətində iştirak etməkdə təqsirləndirilir.
Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib, saxlanılması üçün “İnterpol”a müraciət olunub.(APA)