“Tramp əsl şoumendir, içən adam deyil” –ABŞ prezidenti Araz Ağalarova nə bağışlayıb?

 “Donald Tramp əsl şoumendir. Hazırcavab və parlaq adamdır. Heç bir aditoriya qarşısında özünü itirmir”.

Azpost.info bildirir ki, bu sözləri Rusiyanın azərbaycanəsilli milyarderi Araz Ağalarov TASS-ın “Biznesin simaları” layihəsində verdiyi müsahibəsində ABŞ-ın sabiq prezidenti ilə bağlı əlaqələrindən danışrkən deyib.

A.Ağalarov Trampı “tribuna ustası” adlandırıb: “Əl atdığı bütün mümkün avanturalarına baxmayaraq insanlar ona rəğbətlə yanaşırdılar”.

O qeyd edib ki, Trampla tanışlığına səbəb 2013-cü ildə Moskvada keçirdiyi “Dünya gözəli” müsabiqəsi olub. Oğlu Emin ABŞ-da klip çəkdirərkən çəkiliş üçün lazım olan modellərlə bağlı şirkətlə danışıq aparıb. Bu zaman Moskvada gözəllik yarışmasını keçirmək təklif edilib: “Məni Las-Veqasa görüş üçün dəvət etdilər. Trampla tanış olduq, müzakirə apardıq. Təmaslarımız dalbadal 3 gün davam elədi. Trampı müşayiət edənlər təəccüblənmişdilər. Onlar deyirdilər ki, biz ilk dəfədir görürürük ki, Donlad gecə saat 3-ə qədər restoranda oturur”.

A.Ağalarov deyir ki, Tramp spirtli içki içən deyil.

Onun sözlərinə görə, Tramp hər şeyi anındaca tuta bilir. Əgər mövzu barədə danışmaq istəmirsə, yaxud mövzunu bilmirsə çox cəld dəyişdirə bilir.

A.Ağalarovun sözlərinə görə, müsabiqədən sonra bir müddət Trampla yazışıb. Tramp ABŞ prezidentliynə namizəd olduqdan sonra yazışmları dayandırıblar: “Başa düşdüm ki, əgər davam etsək yeni problemlər yaranacaq”.

A.Ağalarov deyib ki, Tramp ona biznes barədə yazdığı kitablarını bağışlayıb.

Azpost.info

ITAR-TASS: MOSCOW, RUSSIA. NOVEMBER 9, 2013. Crocus Group vice president Emin Agalarov, American business magnate, Miss Universe co-owner Donald Trump and Crocus Group president Aras Agalarov (L-R) hold a news conference on Miss Universe 2013 Pageant. (Photo by Vyacheslav Prokofyev / TASS via Getty Images)
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azad olunmuş torpaqlarda üçrəngli bayrağımız dalğalanır” –

Sonrakı məqalə

Rusiya 34 yaşlı mingəçevirli kişini “İnterpol”un axtarışına verdi –