Rusiya ABŞ-ın bombardmançı təyyarələrinin Norveçdə yerləşdirməsinə etiraz edib

19 Fevral 2021 - 00:06

“Amerikanın strateji B-1 bombardmançı təyyarələrini Norveçə göndərməsi strateji sabitlik və sülh üçün əngəllər yaradır”.

Bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyinin tvitter səhifəsində məlumat yerləşdirilib.

ABŞ ordusunun strateji bombardmançı təyyarələri Orland aviabazasında yerləşdirilib.

Təyyarələr bir ay ərzində Rusiyanın şimal-qərb sahilləri yaxınlığında və Arktika bölgəsində uçuşlar həyata keçirəcəklər. (Report)