“Rusiya Afrika ölkələri ilə birgə dolları zəiflətməyə çalışacaq”- ZAXAROVA

“Rusiya dolları zəiflətmək üçün Afrika ölkələri ilə birgə işləməyi planlaşdırır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, ABŞ dollardan öz aqressiyasını həyata keçirmək vasitəsi kimi istifadə edir.

“Hesab edirik ki, inhisarçı hesablaşma vasitəsi və ehtiyat valyuta kimi ABŞ dollarının zəifləməsinə doğru çalışmaq lazımdır”, – Zaxarova deyib.

Azpost.info

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Azərbaycana xaricdən pul köçürmələri 1,3 mlrd. manatdan çox azalıb