“Rusiya aqressiv addımlar atmağa davam edərsə, cavab verəcəyik” –ABŞ dövlət katibi

“Vaşinqton Moskva ilə sabit və proqnozlaşdırıla bilən münasibətlərə can atır, lakin Rusiyanın mümkün aqressiv hərəkətlərinə müttəfiqləri ilə cavab verəcək”.

Bunu ABŞ dövlət katibi Entoni Blinken NBC telekanalına müsahibəsində bildirib.

“ABŞ Prezidenti Co Bayden bir neçə ay əvvəl Cenevrədə danışıqlar zamanı və videokonfrans zamanı Rusiya Prezidenti Vladimir Putinə aydın şəkildə bildirdi ki, biz Rusiya ilə sabit, proqnozlaşdırıla bilən münasibətlərə üstünlük veririk. Lakin Rusiya ehtiyatsız və aqressiv addımlar atmağa davam edərsə, biz cavab verəcəyik, təkcə biz deyil, həm də müttəfiqlərimiz və dünyadakı tərəfdaşlarımızla”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukraynaya mümkün müdaxiləsi ilə bağlı səsləndirilən iddiaları boş və əsassız adlandırıb.

Peskov vurğulayıb ki, Rusiya heç kim üçün təhlükə yaratmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AYB yazıçıların borclarını sildi

Sonrakı məqalə

Sinqapurun hava limanında 2 şir qəfəsdən çıxıb