“Avropa İttifaqı Rusiyaya münasibətdə öz səlahiyyətlərindən kənara çıxır. Rusiya bu qurumla münasibətləri kəsə bilər”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.
Onun sözlərinə görə, Rusiya Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsi ilə əlaqəni tamamilə kəsib. Avropa İttifaqı ilə də eyni şeyi edə bilər: “Bu strukturlar öz səlahiyyətlərindən kənara çıxaraq Rusiyanın daxili işlərinə müdaxilə ediblər. Belə davam etsə və öz sərhədlərinə qayıtmasa, Avropa İttifaqı ilə də eyni şey olacaq”.
Azpost.info