Rusiya Avropa İttifaqı ilə əlaqələri kəsməyə hazır olduğunu bildirib

“Avropa İttifaqı Rusiyaya münasibətdə öz səlahiyyətlərindən kənara çıxır. Rusiya bu qurumla münasibətləri kəsə bilər”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.

Onun sözlərinə görə, Rusiya Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsi ilə əlaqəni tamamilə kəsib. Avropa İttifaqı ilə də eyni şeyi edə bilər: “Bu strukturlar öz səlahiyyətlərindən kənara çıxaraq Rusiyanın daxili işlərinə müdaxilə ediblər. Belə davam etsə və öz sərhədlərinə qayıtmasa, Avropa İttifaqı ilə də eyni şey olacaq”.

Azpost.info

Əvvəlki məqalə

“Rus ordusu Ukraynanın şərqində genişmiqyaslı hücuma hazırlaşır” –

Sonrakı məqalə

Milli Məclisin iclasının gündəliyi dəyişib