Rusiya Avropanın imzaladığı açıq səma üzrə Sazişdən çıxır

Prezident Putin Rusiyanın açıq səma üzrə Sazişin ləğv edilməsi ilə bağlı qanun layihəsini Dövlət Dumasına təqdim edib.
Azpost.info bildirir ki, 1 yanvar 2002-ci ildə qüvvəyə minən bu saziş “soyuq müharibə”dən sonra Avropada etimadı möhkəmləndirən tədbir hesab olunurdu. Bu saziş 34 ölkəyə bir-birilərinin silahlı qüvvələri və tədbirləri barədə açıq informasiya toplamaq imkanı verirdi.
Ötən ilin may ayında ABŞ sazişdən çıxmaqla bağlı prosedura start verdi və 22 noyabrda yekunlaşdırdı.
Bu ilin yanvraında Moskva sazişdən çıxması ilə bağlı bəyanat verib. XİN-in açıqlamasında deyilirdi ki, Vaşinqton öz addımı ilə digər dövlətlərin maraqla balansını pozub.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Rusiyada naməlum adamlar orta məktəbi atəşə tutublar –

Sonrakı məqalə

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib