Rusiyada naməlum adamlar orta məktəbi atəşə tutublar –8 şagird həlak olub, məktəbdə partlayış baş verib

Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərinə orta məktəbdə silahlı insident baş verib.

Hadisə nəticəsində 11 nəfər həlak olub. 8 nəfəri şagirddir.

Dörd nəfərin yaralandığı bildirilib. İki şagird binadan aşağı tullandıqlarına görə xəsarət alıblar.

İlkin məlumatlara görə, naməlum şəxslər təhsil müəssisəsində atəş açıblar. Məktəbdə partlayış da baş verib.

Hazırda məktəbdən şagirdlərin təxliyəsi həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Rusiya Avropanın imzaladığı açıq səma üzrə Sazişdən çıxır