Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı
  • Gündəm

Rusiya Azərbaycana kompensasiya ödəməlidir

Orkhan Ali 09 Fevral 2025 - 11:38 (Last updated: 21 May 2025 - 20:15)
5-—-kopiya-17-864x558

Azərbaycan tərəfi “Rossotrudniçestvo” agentliyinin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da keçirdiyi birifinqdə məsələyə toxunub. Bəs təyyarə qəzasına görə onsuz da qeyri-müəyyən əlaqələrə bunun təsiri necə olacaq?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Azərbaycan-Rusiya Parlamentlərarası İşçi Qrupunun üzvü Vüqar İskəndərov bildirib ki, Azərbaycan hüquqi qanunların işlədiyi bir ölkə kimi bütün ikitərəfli və çoxtərəfli əlaqələrdə qanunun aliliyini əldə rəhbər tutur:

“Azərbaycan bütün sahələrdə özünün gücünü, qüdrətini, ölkə başçımız cənab İlham Əliyev müstəqil, milli iradəyə söykənən siyasətini göstərməkdədir. Azərbaycan hüquqi qanunların işlədiyi bir ölkə kimi bütün ikitərəfli və çoxtərəfli əlaqələrdə qanunun aliliyini əldə rəhbər tutur. Bu baxımdan ölkə ərazisində bütün təşkilatların fəaliyyəti milli qanunvericiliyimizə və ölkələr arasındakı qarşılıqlı prinsiplər əsasında, ikitərəfli qaydada əldə olunmuş razılıqlara uyğun olmalıdır.

Ölkəmizdə Rus evinin hüquqi şəxs qismində qeydiyyatının olmadığı üzə çıxıb. Təbii olaraq, rəsmi Bakı artıq bununla bağlı Rusiya tərəfinə nota göndərib. Burada əsas məsələ Rus evinin Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu bildirilir. Buna əsaslanaraq fevralın 3-də rəsmi Bakı həmin mərkəzin fəaliyyətinə xitam verilməsinə qərar verib. Biz təbii olaraq Rusiya tərəfindən əməli fəalliyyət gözləyirik. Yəni bir neçə sual meydana çıxır.

Qanunvericiliyimizə uyğun fəaliyyət göstərməyən Rus evi ilə bağlı əvvəlcədən niyə məlumat vermir və öz hüquqi formatını Azərbaycan qanunvericiliyinə uyğunlaşdırmır. Azərbaycan tərəfi haqlıdır. Rusiya tərəfi də bunu qəbul edir. Düşünürük ki, gələcək fəaliyyətdə artıq digər məsələlər barədə yekun qərar veriləcək. Amma burada əsas məsələ olaraq Rusiya tərəfindən mütləq müvafiq tədbirlərin həyata keçirilməsi gözlənilir. Ümumiyyələ iki ölkə arasında münasibətlər müsbət məcrada inkişaf edib. Biz Rusiya ilə həm iki, həm də çoxtərəfli formatda çox yaxşı münasibət ortaya qoymuşuq. İki ölkə arasında müttəfiqlik sazişi mövcuddur”.

Deputat söyləyib ki, son zamanlar Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qroznı səmasında vurulması və buna görə Rusiyanın üzərinə düşən hüquq və vəzifələri hələ tam yerinə yetirməməsi bu mənada bir neçə sual doğurur:“Artıq ilkin rəy mövcuddur ki, təyyarəyə kənar müdaxilə olub. Biz burada əsas olaraq beynəlxalq konvensiyalara söykənən prinsipləri nəzərdə tuturuq. Birinci növbədə Rusiyanın üzr istəməsiydi. Rusiya Prezidenti artıq üzr istədi. Digər məsələlərdə isə susqunluq nümayiş etdirilir. Belə ki, proses davamlı olmalıdır. Bu işdə əli olan hər kəs cinayət məsuliyyətinə cəlb edilməlidir.

Digər yandan rəsmi Moskva Azərbaycana təzminat ödəməlidir. Bu dediklərimiz yalnız iki ölkə arasındakı münasibətlərlə tənzimlənmir. Həm də beynəlxalq konvensiyaların tələbləridir. Rusiya bunu icra etməlidir. Hələlik, rəsmi Moskvada bununla bağlı susqunluq nümayiş etdirilir. Əksinə Rusiya media orqanlarında, televiziyalarında əks-təbliğat aparılır. Rəsmi Moskva gecikmədən bütün bu problemləri aradan qaldırmaq üçün məsələni həll etməlidir. Hazırda rəsmi Moskvanın mövqeyi anlaşılmır. Onlar məsuliyyəti üzərlərindən atmaq istəyirlər. Rusiya vaxt itirmədən Azərbaycan tərəfinə kompensasiya ödəməli və cinayətdə əli olan insanların məsuliyyətə cəlb etməlidir”.

Facebook-da izləyin    

“TikTok”da izləyin  

Telegramda izləyin!   

İnstagramda izləyin!

Post navigation

Previous: Yasamalda yaşayış binasında yanğın
Next: Qəza törədən qaziyə BU CƏZA VERİLDİ

Oxşar xəbərlər

ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22
Sosial müavinətlər və təqaüdlərlə bağlı
  • Baş Yazı

Ölkədə 2,2 milyon nəfərə hər ay 900 milyon manat ödənilir – Adambaşına nə qədər düşür?

User 07 Noyabr 2026 - 13:56

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.