“Rusiya bizi qazla şantaj edir, cavabımızı hazırlayırıq” –Avropa Komissiyasının rəhbəri

“Avropa İttifaqı Polşa və Bolqarıstana qaz nəqlinin dayandırılmasını cavabsız qoymayacaq”.

Azpost.info xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib. “”Qazprom”un bəyanatı Rusiyanın bizi qazla şantaj etmək üçün növbəti cəhdidir. Biz belə ssenariyə hazırıq. Avropa İttifaqının razılaşdırılmış, koordinasiyalı cavabını hazırlayırıq. Avropalılar əmin olsunlar ki, biz zərərçəkən üzv dövlətlərlə birlikdəyik, həmrəyik”, – Aİ rəsmisi bildirib.

Eyni mövqeyi Bolqarıstanın baş naziri Kiril Petkov da bölüşüb. Baş nazirin sözlərinə görə, Sofiya “Qazprom”la bütün müqavilələrinə, o cümlədən Rusiya qazının Serbiya və Macarıstana tranziti ilə bağlı razılaşmalara yenidən baxır.

Qeyd edək ki, “Qazprom” rublla ödəniş edilmədiyi üçün Bolqarıstan və Polşaya qaz nəqlini tamamilə dayandırdığını elan etmişdi.

Azpost.info

Əvvəlki məqalə

Ədalətli mühakimə üçün qurulan “yol xəritəsi”

Sonrakı məqalə

Milli Məclis Şuşada ilk dəfə dinləmələr keçirir