Rusiya BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyir

ABŞ BMT
ABŞ BMT

Rusiya martın 14-də BMT Təhlükəsizlik Şurasının Ukrayna böhranının həllinə mane olan amil kimi rusofobiya ilə bağlı iclasının keçirilməsini istəyib.

Bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.

“…biz Ukrayna böhranının uzunmüddətli və davamlı həll yollarının axtarışına mane olan amil kimi martın 14-də BMT Təhlükəsizlik Şurasının rusofobiya ilə bağlı açıq iclasının keçirilməsini xahiş etdik”, – deyə diplomat öz teleqram kanalında yazıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.