Rusiya Boloniya sistemindən imtinaya hazırlaşır –Rəsmi müzakirələr başlayır

İyunun 6-da Federasiya Şurasının Təhsil və Elm Komitəsi Rusiyanın Boloniya təhsil sistemindən mümkün imtinasını müzakirə edəcək.

Azpost.info xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.

O bildirib ki, müzakirəyə təhsil şöbələrinin nümayəndələri cəlb olunacaq. Qeyd edək ki, dünən Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ölkənin Boloniya təhsil sistemindən imtina etməli olduğunu deyib. Onun sözlərinə görə, Rusiya mütəxəssislərin hazırlanmasında öz təcrübəsindən istifadə etməyə başlamalıdır.

Təhsil və Elm Nazirliyinin rəhbəri Valeri Falkov da bəyan edib ki, Rusiya Boloniya təhsil prosesində iştirakdan imtina etməyi, həmçinin öz təhsil sistemini inkişaf etdirməyi planlaşdırır. Rusiya Boloniya prosesinə 2003-cü ildə qoşulub. O, iki səviyyəli təhsil sisteminə – bakalavr və magistratura pilləsinə əsaslanır. Rusiya təhsil sistemi isə bakalavr və magistr proqramlarına əlavə olaraq, təhsil proqramlarının mənimsənilməsi üçün beş ildən altı ilədək mütəxəssis səviyyəsində kadr hazırlayır.

Azpost.info

Əvvəlki məqalə

“Rus diplomatının istefası rəsmilər arasında gizli narazılığı üzə çıxardı” –

Sonrakı məqalə

“NATO-nun Ukrayna müharibəsində öz missiyası var” –