Taliban ölkədə xaşxaş əkməyi qadağan etdi

Əfqanıstanda siyasi hakimiyyətə gəlmiş “Taliban” hökuməti fermerlərə xaşxaş əkməyi qadağan edib.

Bu xəbərdarlıqla Əfqanıstanın mədəniyyət və informasiya naziri kimi təyinat alan Zabihullah Mücahid çıxış edib.

Z. Mücahid əlavə edib ki, qanunu pozanlar şəriət qanunları ilə cəzalandırılacaq və bu şəxslərin bütün əkin sahəsi məhv ediləcək.

Qeyd edək ki, Əfqanıstanda qəbul edilən yeni qanunlara əsasən, ölkədə spirtli içkilərin, eləcə də bütün növ narkotik vasitələrin istehlakı, daşınması, ticarəti, ixracı və idxalı qadağandır. (Sputnik Əfqanıstan)

Əvvəlki məqalə

Qəbələdə yanğının meşəyə keçməsinin qarşısı alınıb

Sonrakı məqalə

“Rusiya bu cinayətə görə cavab verəcək” –