“Rusiya bu yaz Moldovada hakimiyyəti devirmək istəyirdi”- Prezident Sandu

“Bu ilin yazında Rusiya Kişinyovda avropayönlü hökuməti devirməyə və rusiyayönlü qüvvələri hakimiyyətə gətirməyə cəhd edib”.

Azpost.info xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu bildirib.

“Bu yaz hökuməti devirmək planları var idi, lakin uğursuz oldu. Biz əminik ki, yeni cəhdlər ediləcək. Çünki Kremlin planları göz qabağındadır. Bu, Kişinyovda hökumətin rusiyayönlü hakimiyyətlə dəyişməsi və Moldovadan Ukrayna əleyhinə istifadə edilməsidir”, – Sandu qeyd edib.

Maya Sandu əvvəllər də Moskvaya qarşı oxşar ittihamlar səsləndirib. Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Sandunun açıqlamaları reallığa uyğun gəlmir və tamamilə əsassızdır. Onun sözlərinə görə, bu məlumatı Kişinyovu Moskva ilə qarşıdurmaya çəkmək və Moldova vətəndaşlarının diqqətini daxili problemlərdən yayındırmaq üçün Kiyev ortaya atıb.

Azpost.info

Əvvəlki məqalə

Ölkəmizdə doğumun çox olduğu bölgələr hansılardır?

Sonrakı məqalə

Kukla teatrları Bakıda bir araya gələcək