Rusiya 2023-cü ildə Çin mühərrikləri və ehtiyat hissələrini istifadə edərək yeni uzun mənzilli hücum dronlarının istehsalına başlayıb və Ukraynaya qarşı müharibədə istifadə edib.
Azpost.info xəbər verir ki, “Reuters” bu barədə iki Avropa kəşfiyyat mənbəsinə və bir sıra sənədlərə istinadən yazıb.
Məlumata görə, 2023-cü ilin iyulundan 2024-cü ilin iyuluna qədər İjevsk elektromexaniki “Kupol” zavodunda 2500-dən çox Harpia ATS istehsal edilib.
Zavod və onun əsas şirkəti, dövlətə məxsus silah istehsalçısı “Almaz Antey” bu məlumatı hər hansı şəkildə şərh etməkdən imtina edib.
ABŞ- Təhlükəsizlik Mərkəzinin baş elmi işçisi Samuel Bennett “Reuters”ə bildirib ki, əgər məlumat təsdiqlənərsə, bu, Rusiyanın artıq İranın uzun mənzilli PUA layihələrindən asılı olmadığı anlamına gələcək.
Azpost.info