“Rusiya hərbi texnologiya sahəsində Çinlə əməkdaşlığa hazırdır”- PUTİN

Rusiya Çinlə bütün sahələrdə, o cümlədən hərbi texnologiya sahəsində əməkdaşlığa hazırdır.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

O qeyd edib ki, Rusiya gələcək dünya nizamının perspektivlərini düşünərək və ölkənin təhlükəsizliyini təmin edərək ənənəvi münasibətlərindən uzaqlaşır.

“Çinə gəlincə, biz bütün sahələrdə əməkdaşlığa hazırıq. Heç bir məhdudiyyətimiz yoxdur. Yeri gəlmişkən, bu, hərbi texnologiyalara da aiddir”, – Putin deyib.

Noyabrda Putin bildirmişdi ki, Rusiya və Çin “soyuq müharibə” dövründəki kimi hərbi ittifaq yaratmaq niyyətində deyillər. Onun sözlərinə görə, Moskva ilə Pekin arasında qarşılıqlı fəaliyyət müstəsna olaraq konstruktiv xarakter daşıyır. Putin bunun qlobal vəziyyətin sabitləşməsinə töhfə verdiyini bildirmişdi.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.