Rusiyada məşhur rus jurnalisti Andrey Karaulov axtarışa verilib

Rusiyalı tanınmış jurnalist Andrey Karaulov federal axtarışa verilib.

Karaulovun federal axtarışa verilməsi barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında yerləşdirilib.

Rusiya DİN-in bazasında yerləşdirilən məlumatda Karaulovun Cinayət Məcəlləsinin müvafiq maddəsi əsasında axtarışa verildiyi bildirilib.

Qeyd edək ki, noyabrın 3-də jurnalistin Moskva vilayətində yerləşən bağ evində hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb. Karaulovun adı “Rostex”in rəhbəri Sergey Çemezova böhtan atılması ilə bağlı açılan cinayət işində hallanır.

Əvvəlki məqalə

Yeni ildə 5 gün iş olmayacaq

Sonrakı məqalə

MEDİA “E-Köşk” rəqəmsal yayım platformasının təqdimatını keçirib