“Rusiya delimitasiya bağlı təkliflərini verib, Yerevan razılaşıb” –

PAŞİNYANDAN AÇIQLAMA
18 Noyabr 2021 - 12:07

Rusiya Müdafiə Nazirliyi (MN) Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiyası ilə bağlı təkliflərlə çıxış edib.

“Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, rəsmi İrəvan Bakı ilə delimitasiya və demarkasiyanın hazırlıq mərhələsinə dair Rusiya MN-in təkliflərinə razılıq verib: “Yerevan demarkasiya ilə bağlı hazırlıq mərhələsinə başlamaqla bağlı təklifə razıdır”-deyə baş nazir bildirib.

N. Paşinyan vurğulayıb ki, Rusiya MN ötən gün onun açıqlamasından sonra öz təkliflərini irəli sürüb. “Mən təsdiqləmək istərdim ki, bu təkliflər bizim üçün məqbuldur”, – Ermənistan hökumət başçısı deyib.

N. Paşinyan müdafiə naziri Suren Papikyana rusiyalı həmkarı ilə bu təklifləri reallaşdırmaq üçün təfsilatları dəqiqləşdirməyi tapşırıb.

Baş nazir 2021-ci ilin may ayından sonra Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiyası ilə bağlı üç təklifin edildiyini xatırladıb.