“Rusiya Donbasda irəliləmək istəyir” –ZELENSKİ

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Donbasa yeni hücum cəhdlərindən danışıb.

Dövlət başçısı deyib ki, ölkəsi Rusiyanın bu cəhdlərinə hazırlıq görür.

“Rusiya Donbasda irəliləmək, hansısa yolla Ukraynanın cənubunda güclənmək istəyir. Biz bu cəhdlərin qarşsını almaq üçün hazırlıq görürük. Ruslar hələ də çıxılmaz vəziyyətdə olduqlarını və onların adlandırdığı əməliyyatın qondarma “xüsusi əməliyyat” olduğunu etiraf etmək istəmirlər”,- deyə Zelenski bildirib.

Ukrayna lideri deyib ki, ruslar Xerson və Mariupolda heç nəyə nail olmadığından Azov dənizi və Donbass istiqamətində güclərini göstərəcəyini deyib. (UNİAN)

Əvvəlki məqalə

ABŞ və Ukrayna müdafiə nazirləri silah ehtiyacını müzakirə edib

Sonrakı məqalə

2022-ci ilin ilk Ay tutulması başlayıb