Rusiya Dövlət Dumasının 5 deputatı koronavirusa yoluxub

Rusiya Dövlət Dumasının 5 deputatı yeni növ koronavirusa (COVID-19)yoluxub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün plenar iclasda Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.

Onun sözlərinə görə, koronavirusa yoluxan deputatlardan biri xəstəxanadan buraxılıb.

Volodin qeyd edib ki, koronavirusa yoluxan deputatlardan ikisi ev, ikisi isə stasionar şəraitdə müalicə olunurlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda pandemiya qurbanlarının sayı 6 783 nəfər çatdı

Sonrakı məqalə

DİN metrodan istifadə edən sərnişinlərə növbəti dəfə xəbərdarlıq edib