Rusiya nüvə silahından döyüş əməliyyatlarında cavab tədbiri kimi istifadə etməyə hazırdır.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrindən məxfi sənədləri əldə edən “Financial Times” yazır.
Sənədlərdən məlum olur ki, onun tətbiqi üçün kriteriyalar Rusiya liderlərinin indiyə qədər açıq şəkildə etiraf etdiyindən qat-qat yumşaq olub.
Məqalədə Qərb mənbələri tərəfindən taktiki nüvə silahının tətbiqi prinsiplərini, hərbi təlimlər zamanı istifadə ssenarilərini təsvir edən və dəniz zabitləri üçün təqdimatlardan ibarət sənədlər təqdim edilib. Onların 2008-2014-cü illərə aid olmasına baxmayaraq, materiallarda təsvir edilən yanaşma Rusiyanın hazırkı hərbi doktrinasına uyğundur, bunu xüsusilə son illərdə təlimlər zamanı nüvə silahının istifadəsinin inkişafından görmək olar.
“Əsas düşmənə – ABŞ-a yönəlmiş strateji nüvə silahlarından fərqli olaraq, taktiki silahlar (quru, təyyarə və dənizdən buraxılan raketlərlə çatdırıla bilər) Avropa və Asiyada istifadə üçün nəzərdə tutulub. O cümlədən Çinə qarşı. Bəzi təlimlər Çin qoşunlarının Rusiyaya hücumu halında istifadəsini təsvir edir. Uzaq Şərqdəki nüvə qüvvələrinin imkanları bu günə qədər qorunur və inkişaf etdirilir, o cümlədən yalnız Çin ərazisinə çatan raketlərin köməyi ilə”, – “Financial Times” qeyd edir.
Məxfi sənədlərdə taktiki nüvə başlıqlarından istifadə üçün meyarlar təsvir olunur ki, ABŞ Rusiyada onalrın sayının 2000-dək olduğunu təxmin edir.
Azpost.info