Rusiya Duması separatçı “DXR” və “LXR”-in tanınması üçün Putinə müraciət etdi

Rusiya Dövlət Duması Ukraynanın Donbass bölgəsinin separatçı “respublikaları”nın (“Donetsk və Luqansk Xalq Respublikaları”) müstəqilliyinin tanınması ilə bağlı Prezident Vladimir Putinə müraciət qəbul edib.

Bu barədə TASS məlumat yayıb.

Xatırladaq ki, bir müddət əvvəl Kommunist Partiyasından olan deputatlar Dumanın Rusiya Prezidentinə müraciət layihəsində Vladimir Putindən öz müstəqilliyini elan etmiş “Donetsk və Luqansk Xalq Respublikaları”nın müstəqil dövlət kimi tanınması məsələsini nəzərdən keçirməyi, habelə bu qurumlarla danışıqlar aparmağı xahiş edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişiklik Konstitusiyaya ziddir”-

Sonrakı məqalə

Kanada Ukraynaya 7 milyon dollarlıq silah verəcək