Rusiya Ermənistandan gül idxalına qadağa qoydu

Rusiya Ermənistandan gül idxalına qadağa qoyub.

AzPost bildirir ki, bu qərar İrəvanda ciddi reaksiya doğurub. Moskva erməni tərəfi ilə razılığa gəlməkdən imtina edir.

Ermənistanda hesab edirlər ki, Rusiya Avrasiya İqtisadi İttifaqının Gömrük Birliyinin  nizamnaməsini kobud şəkildə məhəl qoymayıb və bazarını Gİ üzvü olan ölkənin üzünə bağlayıb.

İrəvan bunu “iqtisadi terror” adlandırıb. Çünki çiçəklər uzun müddət saxlanıla bilməyən bir məhsuldur.  Ermənistan hökuməti iş adamlarına subsidiya şəklində külli miqdarda vəsait ayırıb, iş adamları bu biznesə sərmayə yatırıb. Hazırda iş adamları iflas təhlükəsi ilə üz-üzədirlər.

Ermənistan bu addımı siyasi təzyiq hesab edir.

Gül biznesi ilə məşğul olan sahibkarlar məhsullarını məhv etməyə başlayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.