Rusiya “Facebook” və“İnstagram”ın birləşdiyi “Meta”nı ekstremist təşkilat elan etdi

Rusiyanın Ədliyyə Nazirliyi Meta-nı ekstremist təşkilatların reyestrinə daxil edib.

ABŞ-ın “Facebook”, “İnstagram” kimi sosial şəbəkələrinin birləşdiyi “Meta” şirkəti Rusiyada ekstremist təşkilatların siyahısına salınıb.

Qeyd edək ki, Rusiya Ukrayna müharibəsi başlayandan sonra ölkə ərazisində “Facebook” və “İnstagram” sosial şəbəkələrinin fəaliyyətini bloklayıb. Rəsmi Moskva “Meta”ya daxil olan sosial şəbəkələrin Rusiya dövləti, ordusu əleyhinə təbliğat aparmaqda ittiham edib.

Əvvəlki məqalə

Azərbaycanın çəkdiyi “Atabəylər” bədii filminin tizeri yayımlandı –

Sonrakı məqalə

“Krımla bağlı açıqlamaları Zelenskinin danışıqları istəmədiyini göstərir”