Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Rusiya Federasiya Şurasında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sərgi açılıb

User 15 May 2023 - 21:39 (Last updated: 21 May 2025 - 20:15)
heyder sergi

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə işgüzar səfəri çərçivəsində mayın 15-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasına gəlib.

İnzibati binanın qarşısında Milli Məclisin sədrini Federasiya Şurasının sədri Valentina Matviyenko qarşılayıb.

Nümayəndə heyəti burada Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilmiş Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərginin açılış mərasiminə qatılıb. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Milli Məclisin deputatları, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, TASS agentliyinin rəhbərliyi, Federasiya Şurasının üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan Federasiya Şurasının sədri Valentina Matviyenko müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında fikirlərini bölüşüb.

Tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərginin yüksək səviyyədə təşkilinə görə Federasiya Şurasının sədri Valentina Matviyenkoya təşəkkür edərək, Azərbaycanın müasir tarixinin bir qərinədən çoxunun milli dövlətçiliyin banisi, görkəmli siyasi xadim Heydər Əliyevlə – adını ölkəmizin tarixinə əbədi həkk etmiş, ömrünü Azərbaycan xalqının rifahına xidmətə fəda etmiş dahi insanla bağlı olduğunu qeyd edib.

Milli Məclisin sədri qeyd edib ki, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Büronun üzvü kimi ölkə miqyaslı bir sıra infrastruktur layihələrinin həyata keçirilməsində Heydər Əliyevin böyük rolu olub. Sahibə Qafarova onlar arasında Baykal-Amur magistralının inşasını xüsusi vurğulayaraq, həmçinin onun keçmiş SSRİ-nin beynəlxalq əlaqələrinin genişləndirilməsində və möhkəmləndirilməsində də Heydər Əliyevin böyük xidmətləri olduğunu qeyd edib.

Sahibə Qafarova dövlətlərimiz arasında tarixi dostluq və mehriban qonşuluq ənənələri, dərin əlaqələr, siyasi dialoq, humanitar əməkdaşlıq indi dövlət başçılarımız İlham Əliyevin və Vladimir Putinin yorulmaz səyləri nəticəsində dinamik inkişaf etməkdə olduğunu vurğulayıb.

Milli Məclisin sədri 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin iştirakı ilə müharibəyə son qoyan Üçtərəfli Bəyanatın imzalanmasında Prezident Vladimir Putinin səylərini və Rusiyanın rolunu xüsusi qeyd edib.

Sahibə Qafarova Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixi ədaləti bərpa edəcəyinə, Cənubi Qafqaz regionunda yaşayan bütün insanlara sülh və firavanlıq gətirəcəyinə heç vaxt şübhə etmədiyini bildirib. Çünki silahlı münaqişələrə son qoyulması, onların dövlətlərarası münasibətlər sistemindən kənarlaşdırılması bütün xalqların maraqlarına xidmət edir. Sahibə Qafarova vurğulayıb ki, torpaqlarımıza – Şuşaya, Laçına, Kəlbəcərə, Cəbrayıla qayıdacağımızı deyən Heydər Əliyevin tarixi proqnozu bu gün artıq gerçəkləşib və hazırda işğaldan azad edilmiş ərazilərdə dinc həyata qayıtmaq üçün sürətli bərpa işləri aparılır, genişmiqyaslı infrastruktur layihələri icra edilir.

Sonda Spiker Sahibə Qafarova Federasiya Şurasının sədri Valentina Matviyenkoya və Heydər Əliyev Fonduna bir daha öz minnətdarlığını bildirib.

Tədbirin bədii hissəsində uşaqlar çıxış edərək Azərbaycan və rus dillərində Ulu Öndər Heydər Əliyevin sevdiyi şeirlərdən parçaları səsləndiriblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarovanın Federasiya Şurasının sədri Valentina Matviyenko ilə təkbətək görüşü olub.

Post navigation

Previous: “Türkiyə və Azərbaycanla təmasları dəyişdirmək lazımdır” –
Next: “Rusiya ilə əməkdaşlığa görə sanksiya tətbiqindən qorxuruq” –

Oxşar xəbərlər

tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27

xƏBƏR

erdoqan zelenski
  • Dünya

Ərdoğan Zelenskini qəbul edib

User 31 Oktyabr 2026 - 18:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib. Bu barədə “24 TV” məlumat...
Read more about Ərdoğan Zelenskini qəbul edib
İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.