“Türkiyə və Azərbaycanla təmasları dəyişdirmək lazımdır” –Paşinyan

Bütün qonşularla normal münasibətlərin qurulması vacibdir.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Çexiyanın “Respekt” nəşrinə müsahibəsində bildirib.

Paşinyan bunu Ermənistan üçün həyati vacib məsələ adlandırıb.

“Bu, ölkənin xarici siyasətinin əsas məqsədidir. Lakin müəyyən problemlər var”, – deyə Paşinyan bildirib.

Ermənistan lideri bildirib ki, ölkəsinin Gürcüstan və İranla yaxşı münasibətləri var və onlar inkişaf etdirilməli, təkmilləşdirilməlidir.

“Türkiyə və Azərbaycanla təmaslar demək olar ki, yoxdur və bunu dəyişdirmək lazımdır”, – deyə Paşinyan bildirib. (APA)

Əvvəlki məqalə

Azərbaycan Ermənistanla normallaşma prosesinə sadiqdir

Sonrakı məqalə

Rusiya Federasiya Şurasında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sərgi açılıb