Rusiyanın Həştərxan vilayətində terror aktının qarşısı alınıb.
APA-nın Rusiya bürosunun verdiyi xəbərə görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Həştərxan vilayəti üzrə İdarəsi terror aktı planlaşdıran İŞİD tərəfdarı olan yeri sakini saxlayıb.
Məlum olub ki, 1987-ci il təvəllüdlü, Həştərxan sakini İŞİD liderinə and içərək, onu özünün əmiri seçib.
O da məlum olub ki, İŞİD üzvü Həştərxanda inzibati binalara silahlı hücum etmək yolu ilə terror aktı törətməyi qərarlaşdırıb