Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) paytaxt Moskvada terror aktının qarşısının alınması ilə bağlı məlumat yayıb.
Rusiya FTX Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi ilə birlikdə Moskvada insanların kütləvi toplaşdığı yerdə terror aktı törətməyi planlaşdıran terrorçu təşkilatın fəaliyyətinin qarşısını alıb.
Saxlanılan zaman hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açan terrorçu məhv edilib.
Onun Mərkəzi Asiya respublikalarından birinin vətəndaşı olduğu bildirilib.