Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov Ukraynadakı qoşunların komandanı vəzifəsindən uzaqlaşdırılıb.
Bu barədə “Daily Mail” mənbələrinə istinadən yazıb.
Onun yerinə general Maksim Teplinskinin təyin olunduğu iddia edilir. Eyni zamanda Gerasimov RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində qalacaq.
Nəşrin məlumatına görə, kadr dəyişiklikləri Azov komandirləri Ukraynaya qayıtdıqdan sonra baş verib.
Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.