“Rusiya hələ sərhədlərini açmır” –

Putinin mətbuat katibi
03 İyul 2020 - 14:37

Rusiya koronavirus pandemiyası fonunda bağlanmış sərhədlərin açılması ilə bağlı bir sıra ölkələrlə əlaqə saxlayır.

TASS xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: “Bu, hökumətdəki operativ qərargahın məsələsidir. Bəzi dövlətlərlə təmaslar aparılır, lakin indiyədək konkret qərarlar qəbul edilməyib”.