Rusiya həbsxanalarında 17 ABŞ vətəndaşı var –XİN

“Hazırda Rusiya həbsxanalarında 17 amerikalı var”.

RİA Novosti xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Maria Zaxarova RTVI telekanalının efirində bildirib.

O bildirib ki, çərşənbə günü Cenevrədə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Bayden arasında keçirilən görüşdə məhkumların mübadiləsi mövzusu da müzakirə edilib və bu sahədə kompromis tapılacaq: “Bizim həbsxanalarda amerikalılar var, dəqiq deyə bilərəm, 17 nəfər olmalıdır. Yalnız onlar eyni zamanda Rusiya vətəndaşlığına sahibdirlər”

M.Zaxarova eyni zamanda ABŞ həbsxanalarında 100-ə yaxın rusun olduğunu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gün İranda Prezident seçkiləri keçirilir

Sonrakı məqalə

Hansı qidalar qanda tromboz təhlükəsi yaradır? –