Bu gün İranda Prezident seçkiləri keçirilir

Bu gün İran xalqı özünün 13-cü prezidentini seçəcək.

Seçkilər yerli vaxtla saat 07:00-da İranın Ali Rəhbəri Ayətullah Xameneinin səsverməsilə rəsmən başlayacaq.

Bununla da ölkənin bütün bölgələrində gecə saat 00:00-dək səsvermə davam edəcək.

Bu seçkidə əsasən dörd namizəd yarışır: İbrahim Rəisi, Əmirhüseyn Qazizadə Haşimi, Əbdünnasir Himməti və Möhsin Rzayi.

Prezident seçkilərini işıqlandırmaq üçün İrana 38 ölkədən 226 beynəlxalq medianı təmsil edən 500 jurnalist səfər edib.

Qeyd edək ki, İranın 80 milyonluq əhalisinin 59 milyon 310 min 307 nəfəri səsvermə hüququna malikdir. Səsvermə hüququna malik olanlardan 29 milyon 980 min 38 nəfəri kişi, 29 milyon 330 min 269 nəfəri isə qadındır.

1 milyon 392 min 148 nəfər prezident seçkilərində ilk dəfə səsvermədə iştirak edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Niderland 1/8 finala vəsiqəni və qrup birinciliyini rəsmiləşdirib

Sonrakı məqalə

Rusiya həbsxanalarında 17 ABŞ vətəndaşı var –