“Rusiya hərbçilərinin Ermənistanda olması sabitlik faktoru deyil”-Təhlükəsizlik Şurasının katibi Qriqoryan

“Rusiya hərbçilərinin Ermənistan ərazisində olması sabitlik faktoru deyil”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Onun fikrincə, Ermənistanda yerləşdirilən Avropa İttifaqının missiyası və müşahidəçiləri sabitlik üçün imkanlar yarada bilər. Qriqoryan qeyd edib ki, Rusiyanın Ermənistan sərhədlərində 1990-cı illərdən mövcudluğu var və bu müddət ərzində sabitliyin pozulması halları dəfələrlə baş verib.

Qriqoryan daha əvvəl bildirmişdi ki, Ermənistan KTMT-dən müşahidəçi missiyası yox, sərhədlərinin qorunmasında köməklik gözləyir. Onun sözlərinə görə, təşkilat ölkənin sərhədini tanıyaraq onu qorumalı idi, lakin cavab olaraq bu sərhədi tanımadığını bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.