Rusiya hərbi vəziyyətlə bağlı Avropa Şurasına məlumat verməyəcək

Rusiya prezidenti Vladimir Putin Rusiyada hərbi vəziyyət və fövqəladə vəziyyət haqqında konstitusiya qanunlarına dəyişikliklər layihəsini Dövlət Dumasına təqdim edib.

Azpost.info xəbər verir ki, avqustun 9-da qanun layihəsi Rusiya parlamentinin aşağı palatasının saytında məlumat bazasında yerləşdirilib.

Dəyişikliklər layihəsinə əsasən, Rusiya bundan sonra Avropa Şurasına fövqəladə və ya hərbi vəziyyətin tətbiqi, habelə bu tədbirlərin ləğvi barədə məlumat verməyəcək.

Avropa İnsan Haqları Konvensiyasına görə, Rusiya bu barədə Avropa Şurasının Baş katibini xəbərdar etməyə borcludur, çünki müharibə və ya fövqəladə vəziyyət tətbiq etməklə Rusiya beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərdən kənara çıxır, vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırır.

Azpost.info

Əvvəlki məqalə

Maliyyə Nazirliyinin qurumlarına ayrılan xidməti avtomobillərin limiti dəyişib

Sonrakı məqalə

Moskva vilayətindəki zavodda partlayışda 52 nəfər xəsarət alıb