Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya
  • Kriminal

Rusiya Hakimlər Şurasının sədrinə qarşı ağır ittihamlar –

User 23 Sentyabr 2025 - 15:49 (Last updated: 23 Sentyabr 2025 - 15:49)
hakim rusiya

Baş Prokurorluq Rusiya Hakimlər Şurasının sədri Viktor Momotovun əmlakına həbs qoyulması ilə bağlı iddia qaldırıb.

AzPost bildirir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Yazıda deyilir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olub və bununla da korrupsiyaya qarşı mübarizə qanunlarını pozub. Bundan başqa, iddiada sədrin “Pokrovskiye” mütəşəkkil cinayətkar qruplaşması ilə əlaqəli olduğu iddia edilir.

Baş Prokurorluq hesab edir ki, Momotov mütəşəkkil cinayətkar dəstənin təşkilatçıları Andrey Korovaiko və Oleq Çebanovla birgə hərəkət edib. Sonuncular öz bizneslərini “hakimiyyətdən korrupsioner istifadə, zorla ələ keçirmə və ədalətsiz məhkəmə qərarlarının verilməsi” yolu ilə qurublar.

2010-cu ildə Viktor Momotov göstərdiyi xidmətlərə görə mütəşəkkil cinayətkar qrup üzvlərindən Rostov vilayətində torpaq sahəsi alıb. Həmin ərazidə sonradan 10 mərtəbəli “Sedov Marton” mehmanxanası tikilib. Ümumilikdə 44 torpaq sahəsi və 51 daşınmaz əmlak Hakimlər Şurasının sədrinə və onun köməkçilərinə dövlət qeydiyyatına alınıb.

Rusiya Hakimlər Şurasının sədri otel biznesi qurub və ondan milyardlarla rubl qazanıb.
Baş Prokurorluq Rusiya Federasiyası Hakimlər Şurasının sədri Viktor Momotovdan korrupsiyaya qarşı iddia çərçivəsində 9 milyard rubl dəyərində əmlakına həbs qoyulmasını tələb edib.

İstintaqın fikrincə, Momotov vəzifədə olarkən, bu qadağan olsa da, sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Momotov Rusiyanın bir sıra regionlarında mehmanxana biznesi ilə məşğul olub. O, yeni daşınmaz əmlakları leqallaşdırmaq üçün rəsmi vəzifəsindən istifadə edib.

İddiada bildirilir ki, Momotovun ortağı Baş Prokurorluğun “Krasnodar kriminal qruplaşmasının mühüm fiquru” adlandırdığı “Marton” otellər şəbəkəsinin sahibi Andrey Marçenko olub.

Agentlik Momotovu “Pokrovskie” cinayətkar qruplaşması ilə də əlaqələndirir.
Sentyabrın 15-də Momotovun sədrlik etdiyi Hakimlər Şurası Ali Məhkəmənin sədri vəzifəsinə baş prokuror İqor Krasnovun namizədliyini dəstəkləyib.

AzPost.az

Post navigation

Previous: Pedaqoji Universitetdə yeni oxu zalı yaradılıb
Next: Qubada qardaş bacısını bıçaqlayıb –

Oxşar xəbərlər

moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
miqrantefqan
  • Dünya

Tramp 150-dən çox əfqanı deportasiya edir

User 31 Oktyabr 2026 - 10:41

xƏBƏR

moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
Azərbaycanda bir gün ərzində moped və velosiped idarə edən iki gəncin yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirməsi ikitəkərli...
Read more about Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü
Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək? Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
Noyabrın 1-nə olan hava proqnozu hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA video telefon 1960
  • Maraqlı

60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA

User 31 Oktyabr 2026 - 12:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.