Rusiya Hindistana silah tədarükünü dayandırıb- 2 milyardlıq müqavilə niyə icra olunmur?

Rusiya silahlarının Hindistana tədarükü dayandırılıb.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən yazıb.

Buna səbəb tərəflərin Hindistanın aldığı silahların pulunun necə ödəniləcəyi ilə bağlı razılığa gələ bilməməsi olub.

“Tədarüklər Dehlinin Rusiya silahlarının pulunu dollarla ödəməkdən imtina etdiyi üçün kəsilib. Çünki bu, ABŞ-ın Hindistana qarşı sanksiyalarının tətbiqinə səbəb ola bilər. Söhbət 2 milyard dollarlıq müqavilələrdən və ehtiyat hissələri və iki S-400 zenit-raket kompleksinin alınması üçün istifadə edilməli olan 10 milyard dollarlıq Rusiya kreditlərindən gedir”, – məlumatda deyilir.

Digər valyutaların istifadəsi ilə bağlı danışıqlar da nəticəsiz qalıb. Moskva Hindistan valyutasının qeyri-sabitliyi səbəbindən rupini ödəniş kimi qəbul etməkdən imtina edir. Hindistan bu halda real bazar qiymətləri ilə silah ala bilməyəcəyindən ehtiyat edərək rublla sövdələşmə etmək istəmir.

250-dən çox SU-30 qırıcısı, 1200-dən çox T-90 tankı və yeddi sualtı qayıqla silahlanmış Hindistan üçün komponentlərin və ehtiyat hissələrin təchizatının olmaması xüsusi problemdir. Hindistan rəsmiləri Rusiyanın hərbi texnikaya müntəzəm texniki qulluq göstərməyə davam edə biləcəyinə əmin olmadıqlarını bildiriblər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.