Rusiya hökuməti Ukraynaya qarşı döyüşən rusları istehlak kreditləri üzrə faiz ödəməkdən azad edəcək.
Azpost.info xəbər verir ki, Maliyyə Nazirliyi müvafiq qanun layihəsini hazırlayıb və Nazirlər Kabineti qanunvericilik fəaliyyəti komissiyasının iclasında təsdiqləyib.
“İzvestiya”ya hökumətdəki mənbələr bildiriblər ki, yaxın vaxtlarda sənəd baxılmaq üçün Dövlət Dumasına təqdim olunacaq.
Maliyyə Nazirliyi Ukraynadakı müharibə iştirakçılarından güzəşt müddəti başa çatdıqdan sonra istehlak kreditləri üzrə faizləri ödəmək öhdəliyini ləğv etməyi təklif edib. Əgər sənəd qüvvəyə mindiyi tarixdə borcalan onları artıq ödəyibsə, bank bu vəsaiti əsas borcun üzərinə yönəltməli olacaq. Əgər kredit tam ödənilibsə, kompensasiya müharibə iştirakçısının digər kreditlərinə yönəldiləcək.
Beləliklə, hərbi qulluqçular borcun yalnız əsas hissəsini ödəməli olacaqlar, yerdə qalan yük isə bərabər şəkildə maliyyə qurumlarının və büdcənin üzərinə düşəcək. Qanun layihəsinə izahat qeydinə görə, əlavə büdcə xərcləri 5-7 milyard rubl təşkil edə bilər. Öz növbəsində banklar itirilmiş faiz gəlirlərinin 50 faizi həcmində kompensasiya ala biləcəklər.
Azpost.info