Rusiya hərbçiləri Qazaxla sərhəddəki kazarmaları sökürlər

Rusiya
Rusiya

Rusiya ordusunun bölmələri Ermənistanın Azərbaycanla sərhəddində yerləşən Voskepar kəndindəki modul kazarmaları sökməyə başlayıblar.

AzPost Oxu.az-a istinadla xəbər verir ki, bu barədə ermənistanlı jurnalist Voskan Sarkisyan məlumat verib.

“Artıq 4-5 gündür ki, yük maşınları Voskepar kəndinin inzibati ərazisində dövlətlərarası avtomobil yolunun kənarında dayanır. Onlar modul kazarmaları sökərək başqa yerə daşıyırlar. Voskepar sakinləri kazarma hissələrinin hara aparıldığını bilmirlər. Bəziləri onların Ararata, bəziləri isə Rusiyaya aparıldıqlarını düşünürlər”, – deyə jurnalist qeyd edib.

Xəbərdə həmçinin qeyd olunur ki, Rusiya hərbçiləri Azərbaycanla sərhəddə yerləşən Voskepara 2021-ci il avqustun əvvəlində gəliblər. Əvvəlcə hərbçilər kəndin kənarındakı tərk edilmiş evlərdən birində yaşayıblar, bir müddət sonra isə onlar üçün modul kazarmalar quraşdırılıb. Ehtimal edilirdi ki, Rusiya hərbçiləri Azərbaycanla sərhədin bu hissəsində demarkasiya prosesində iştirak etməli idilər, lakin bu, baş vermədi.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.