“Çin Rusiya və Ukrayna arasında sülh danışıqlarının mümkün qədər tez bərpasına çağırır”.
Azpost.info xəbər verir ki, Çin lideri Si Cinpin bunu Pekində dövlət səfərində olan Fransa prezidenti Emmanuel Makronla görüşdə deyib.
“Çin Ukrayna münaqişəsi ilə bağlı dinc dialoqu və siyasi nizamlanmanı təşviq etməyə çalışacaq. Eyni zamanda Fransa ilə birlikdə beynəlxalq ictimaiyyəti təmkinli olmağa, beynəlxalq humanitar hüquqa ciddi riayət etməyə, nüvə silahından istifadənin qarşısını almağa, sülh danışıqlarını mümkün qədər tez bərpa etməyə çağırmağa hazırdır”, – Si Cinpin bildirib.
Qeyd edək ki, Çin Ukraynada hərbi əməliyyatlara neytral yanaşdığını deyir, lakin Kiyev və Qərb ölkələri Pekinin Moskvanı dəstəkləyə biləcəyinə inanırlar.
Azpost.info