Rusiya İranın “Şahed” dronları ilə Kiyevə zərbə endirib –Yanğın baş verib, ölənlər var

Rusiya gecə İranın “Şahed” dronları ilə Kiyevə zərbə endirib.

Azpost.info bildirir bu barədə Kiyevin meri Vitali Kliçko məlumat verib.

Gecə hücumu nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Kiyevin Qoloseyevski rayonunda dağıntıların uçması nəticəsində çoxmərtəbəli binada yanğın baş verib. Xilasedicilər evdən 20 nəfəri təxliyə ediblər. Bir nəfər ölüb. Bir yaşlı qadın həkimlər tərəfindən xəstəxanaya yerləşdirilib. İki zərərçəkənə yerindəcə tibbi yardım göstərilib.

Eyni zamanda, Kiyev şəhər hərbi administrasiyası iki yuxarı mərtəbənin dağıldığını,  dağıntılar altında insanların olduğunu açıqlayıb.

Azpost.info

Əvvəlki məqalə

Moskvada binalara PUA hucumu olub, partlayış baş verib –

Sonrakı məqalə

Moskvaya 16 PUA hucumu qeydə alınıb, əhali binalardan təxliyyə olunur