Rusiya “İskəndər”ləri Ukrayna sərhədi yaxınlığında yerləşdirib

Rusiya ordusu Belqorod vilayətində “İsgəndər-M” raket sistemlərini yerləşdirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb.

“Belqorod vilayətində Rusiya ordusu “İsgəndər-M” operativ-taktiki raket kompleksinin buraxılış qurğularını yerləşdirib. Bundan əlavə, onlar maddi-texniki təchizat və təmir bazaları sistemi qurur”, – məlumatda deyilir.

Əvvəlki məqalə

Qazaxıstanda futbol oyunu zamanı stadionun damı uçub –

Sonrakı məqalə

Litva Rusiyadan elektrik enerjisi idxalından imtina edib