Rusiya çağırış vərəqəsi alan kişilər üçün sərhədləri bağlayacaq.
Azpost.info xəbər verir ki, bu, ordunun sayının artırılması planları fonunda istifadəyə verilən elektron çağırış sistemi və yeni çağırış mexanizmi ilə bağlı qanun layihəsində nəzərdə tutulur.
“Hərbi xidmətə çağırılmalı olan və hərbi komissarlıqdan çağırış vərəqəsi almış vətəndaşlar Rusiya Federasiyasını tərk etməkdən çəkinməlidirlər”, – Dumanın bazasında dərc olunan sənəddə deyilir.
Eyni zamanda, çağırış vərəqəsi vətəndaşın dövlət xdməti sistemindəki şəxsi kabinetinə yerləşdirildiyi andan “təqdim olunmuş” hesab ediləcək. Şəxsi hesab olmadıqda və sifarişli poçtla çatdırılma uğursuz olduqda, çağırış vərəqəsi reyestrdə göründükdən yeddi gün sonra şəxs avtomatik çağırılmış hesab olunur.
Vətəndaş hərbi komissarlıqdan poçtla göndərilən çağırış vərəqəsini almaqdan imtina etdikdə belə, çağırış vərəqəsi verilmiş hesab olunacaq.
Qayadaya əsasən, şəxs 20 gün ərzində hərbi komissarlığa getməlidir. Əks halda, daşınmaz əmlakla bağlı əməliyyatlar aparmaq, avtomobil sürmək, kredit almaq, fərdi sahibkar olmaq hüququnu itirir.
Kremlin ordunun sayını 1,5 milyon nəfərə çatdırmaq planları fonunda hazırlanan yeni normalar yaxın həftələrdə işə salınacaq. Qanun layihəsinin bu gün Duma tərəfindən ikinci və üçüncü oxunuşda qəbul ediləcəyi gözlənilir. Onun qüvvəyə minməsi rəsmi dərc edildikdən dərhal sonra baş tutacaq.
Azpost.info