Rusiyanın Kiyevi bombalaması nəticəsində bir neçə ölkənin səfirliklərinin yerləşdiyi binaya ciddi ziyan dəyib.
Bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tixiy brifinq zamanı açıqlayıb:
“Söhbət Albaniya, Argentina, Fələstin, Şimali Makedoniya, Portuqaliya və Çernoqoriyanın səfirliklərinin yerləşdiyi tikilidən gedir. Həmin binaya ciddi ziyan dəyib. Binanın pəncərələri və şüşələri sındırılıb, tavanı isə zədələnib”.
**
Rusiyanın bu gün Kiyevə endirdiyi raket zərbələrindən Portuqaliya səfirliyinə ziyan dəyib.
Azpost.info bildirir ki, bu barədə Aİ xarici məsələlər üzrə nümayəndəsi Kallas bildirib.
Onun sözlərinə görə, heç bir diplomatik missiya hədəfə alına bilməz.
“Bu, Rusiyanın sülhə sadiq olmadığını nümayiş etdirərək mülki hədəflərə növbəti vəhşi hücumudur”deyə Kallas yazıb.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen isə Kiyevə hucumu “iyrənclik” adlandırıb.
“Bu dəfə Portuqaliya səfirliyi və bir sıra digər diplomatik xidmətlərin yerləşdiyi binaya zərbə endirilib. Putinin beynəlxalq hüquqa saymamazlığı yeni zirvələrə çatır”-deyə o Portuqaliya ilə həmrəy olduqlarını bildirib.